Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Rusiya-ABŞ-Ukrayna görüşü üçün nümayəndə heyətinin tərkibini müəyyən edəcək

Putin Rusiya-ABŞ-Ukrayna görüşü üçün nümayəndə heyətinin tərkibini müəyyən edəcək


Rusiya, ABŞ və Ukrayna arasında nizamlama üzrə üçtərəfli görüşdə iştirak edən nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və hərbi rəsmilər daxil ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Diplomat nümayəndə heyətinin tərkibinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyən ediləcəyini deyib. "Hərbi heyət və prezidentin köməkçisi Medinski nümayəndə heyətinə daxil ola bilər",- deyə Uşakov vurğulayıb.

Qeyd edək ki, bu arada Rusiya-ABŞ-Ukrayna arasında danışıqların növbəti raundunun Səudiyyə Ərəbistanının paytaxtı Əbu-Dabidə keçiriləcəyi bildirilir.

Anar
Xəbəri paylaş