Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışması keçiriləcək

Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışması keçiriləcək


Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışması keçiriləcək. Bu barədə məlumat Newscenter.az-a Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən bildirilib.

"Qardaşlığın misraları" adı altında keçirilən yarışma üçün son müraciət tarixi oktyabrın 23-ü müəyyən edilib. Oktyabrın 26-da isə yarışmaya müraciət edənlər arasında seçimlər başlayacaq.

Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən bildirilib ki, Birinci Türkiyə-Azərbaycan şer oxuma yarışmasına noyabrın 2-də final mərhələsi ilə yekun vurulacaq. Sonda qaliblər mükafatlandırılacaq.

Süleyman
Xəbəri paylaş