
Türkiyə prezidenti R. T. Ərdoğanın dövlət başçısı İlham Əliyevə zəng edərək Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək Zirvə görüşünə dəvət edib. İki ölkə lideri qardaşlıq əlaqələrini bundan sonra inkişaf etdirilməsini qeyd ediblər.
Azərbaycan və Türkiyə qardaş ölkələrdi. İki ölkə arasında böhran yaratmağa çalışanlar kifayətdir. Hər iki ölkə liderinin birgə siyasəti nəticəsində Türk Dövlətləri Təşkilatı inkişaf edir. Məhz bu təşkilatın inkişafını istəməyən mərkəzlər bundan sonra da böhran yaratmağa çalışacaq. Cənubi Qafqaz və Mərkəzi Asiyada hər iki ölkənin birgə əməkdaşlığı nəticəsində yeni siyasi nizam formalaşır. Ümumiyyətlə, Azərbaycan onun müstəqilliyinin və təhlükəsizliyini daima təhdid edən iki ölkə -Rusiya və İranla sərhəddir. Ona görə də daima bizim üçün Türkiyənin güclü olması və qardaşlıq əlaqələrinin qorunması bizim üçün strateji əhəmiyyət kəsb edir. Heç bir ölkə Türkiyədən başqa bizim üçün hərbi dəstək verməz.
Ölkəmizdə də Türkiyə -Azərbayacan qardaşlığına qarşı yazılar və müsahibələr verən şəxsləri gördük. Bundan sonra Türkiyə qardaş demekləri də süni görsənəcək.
Artıq adlarla bilirəm Türkiyəyə qarşı kimlərdi. Onları da sabah ölkəmizə də qarşı olacaqlar.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert












































