Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Norveçdən daha 3,5 milyard avro istədi

Zelenski Norveçdən daha 3,5 milyard avro istədi


Ukrayna ilin sonuna qədər 3,5 milyard avroluq maliyyə çatışmazlığı ilə üzləşir.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ukrayna prezidenti bu məsələdə beynəlxalq tərəfdaşlarının köməyinə ümid edir. Agentlik bildirir ki, bu barədə Zelenski Norveçdə səfərdə olarkən deyib.

"Bu il bütün problemli, bütün kəsir məsələlərini həll etməyimiz vacibdir. 3,5 milyard avro və ya 4,1 milyard dollar kəsir qalır".

Onun sözlərinə görə, Ukraynanın büdcə kəsirini ödəmək üçün əlavə maliyyələşdirmə məsələsi Norveç nümayəndələri ilə görüşdə müzakirə olunub. Zelenski beynəlxalq tərəfdaşların Kiyevə kömək edəcəyinə ümid bəslədiyini bildirib.

İtaliyanın "La Repubblica" qəzetinin yazdığına görə isə, Avropa Zelenskinin əlavə 70 milyard avro tələbindən şoka düşüb. Cəmi bir neçə ay əvvəl Aİ ölkələri artıq 90 milyard avro ayırıb və bu vəsait Ukraynaya növbəti iki il ərzində veriləcək.

Anar
Xəbəri paylaş