
"Ermənistanın baş naziri Nikol Paşinyanın Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlər səsləndirməsi və burada zaman olaraq kifayət qədər uzaq bir perspektivə eyham vurmasını bir neçə istiqamət üzrə dəyərləndirmək olar. Manevr etmək, vaxt qazanmaq və ya cəmiyyəti sülhə hazırlamaq. Təbii ki, 2025-ci ilin avqustun 8-də paraflanmış sülh müqaviləsi üçün indi bu tip düşündürücü fikirlərin bildirilməsi bir növ mənfi emosiyalar yarada bilər. Lakin proses müstəvisində məsuliyyət böyük ölçüdə Ermənistanın üzərindədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, onlar referendum keçirməli və Azərbaycana qarşı ərazi iddialarından hüquqi olaraq imtina etməli və Vaşinqton görüşünün nəticələrini yerinə yetirməlidir:
"Bu Baş nazirin həm Vaşinqton, həm də, Bakı qarşısında öhdəliyidir. Bunlar məsələnin bir tərəfi. Digər tərəf isə Paşinyanın manevr etmək istəyi ilə bağlı ola bilər. Diqqət edərsək Azərbaycan və Türkiyə arasında münasibətlərin son dövrlər soyuqlaşmasının ardında İrəvanda sanki xüsusi bir canlanma müşahidə olundu. Vəziyyəti fürsətə çevirmək taktikası".
Pərviz Mirizadə qeyd edib ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün indiki şəraitdə yəni, Rusiya və İranla münasibətlərin soyuqlaşdığı bir zamanda həyatı əhəmiyyət kəsb edir:
"İqtisadi fürsətlər və Qərbə inteqrasiyasının sürətlənməsi. Bir ehtimal olaraq hökümət rəhbəri Türkiyə ilə əlaqələri bərpa edərək Azərbaycanla sülh müqaviləsinı imzalamamağı da düşünə bilər. Təbii ki, bu bir ehtimaldır. Buna görə də, ən optimal variant kövrək sülhü qoruyub saxlamaqdır".
Süleyman












































