
"Azərbaycanla Türkiyə arasında münasibətlər bu gün iki ölkə lideri, Rəcab Tayyib Ərdoğanla İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, bu əlaqələr hər gün yeni bir mərhələyə qədəm qoyur. Uğurla inkişaf edən siyasi əlaqələr iqtisadi əlaqələrin də inkişafına imkan yaradır".
Newscenter.az xəbər verir ki, bunları TABA-AmCham — Türk-Amerikan İş Adamları Dərnəyi və Amerika Ticarət Palatasının Türkiyə təmsilçiliyinin rəhbəri Süleyman Ecevit deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı ümumilikdə Türk dünyasının birlik və bərabərliyinə töhfə verir:
"Bu sırada Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti var. Zəngəzur dəhlizi Türk dünyası arasında əlaqə rolu oynamalıdır və bu dəhlizin açılmasının böyük faydaları var".
Süleyman











































