Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hörmüz boğazında ticarət gəmilərinə 27 hücum baş verib

Hörmüz boğazında ticarət gəmilərinə 27 hücum baş verib


ABŞ və İran arasında münaqişə fevral ayının sonlarında başlayandan bəri oktyabr ayında Hörmüz boğazında ticarət gəmilərinə ən çox hücum qeydə alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb. Məlumata görə, ayın əvvəlindən bəri kommersiya gəmilərinə 27 hücum olub. Müqayisə üçün, mart ayında 22 hücum, eləcə də dənizdəki qazma platformasına və iki yedək gəmisinə hücumlar baş verib.

Hücumların tezliyinin artmasına baxmayaraq, gəmilər boğazdan keçməyə davam edir. Londonda yerləşən gəmiçilik analitik şirkəti Lloyd's List-in məlumatına görə, 5-11 oktyabr tarixləri arasında İranla əlaqəsi olmayan 104 gəmi boğazdan keçib. Eyni dövrdə 12 hücum baş verib. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, bunlardan altısı 11 oktyabrda baş verib.

Anar
Xəbəri paylaş