
Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumunda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşlarına təqdim edilib.
Newscenter.az xəbər verir ki, forumda Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, “Brookfield Asset Management”, “ACWA Power”, “Masdar”, “SOCAR Green”, “China Datang”, “State Grid Corporation of China”, “PowerChina”, “Siemens Energy”, “ABB”, “Hitachi Energy”, “Xlinks”, “Zhero”, “TotalEnergies”, “Jan De Nul”, “Prysmian”, “NKT”, “Hellenic Cables”, “ZTT”, “Hengtong”, “Orient Cable”, “Mitsui”, “CESI” və digər beynəlxalq şirkətlər təmsil olunublar.
Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, məqsədimiz “Yaşıl Enerji Dəhlizi”ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir:
"Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır. İnanırıq ki, bugünkü forum yeni tərəfdaşlıqların qurulmasına, konkret investisiya imkanlarının formalaşmasına və “Yaşıl Enerji Dəhlizi”nin 2029-cu ildə nəzərdə tutulan yekun investisiyaqərarına daha da yaxınlaşmasına mühüm töhfə verəcək”.
Forum çərçivəsində altı tematik sessiya keçirilib.
Sessiya çərçivəsində “Jan De Nul şirkəti” tərəfindən dünyada ilk olan 4 000 metrdən artıq dərinlikdə tətbiq edilə bilən kabel texnologiyasının təqdimatı edilib.
Süleyman











































