
"Bakıda Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Zhero şirkətinin idarəedici direktoru Michele Vadora ilə görüşüb.
Newscenter.az nazirliyə istinadən bildirir ki, görüşdə "Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafında şirkətin mümkün iştirakı, layihənin kommersiya modelinin formalaşdırılması, Avropada elektrik enerjisi alıcılarının cəlbi və maliyyələşdirmə imkanları müzakirə olunub.
Müzakirələr zamanı Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusunun yaratdığı imkanlar, tədqiqat və mühəndislik işlərinə maliyyə dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzi Avropaya çatdırılacaq yaşıl enerji|nin qonşu bazarlara, o cümlədən Almaniyanın cənub bölgələrinə tədarükü və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Süleyman











































