Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Ukraynanı dəstəkləməkdən yorulub

Qərb Ukraynanı dəstəkləməkdən yorulub


"Ukrayna gələn il üçün hərbi büdcəsini öz resursları ilə bağlamaq gücündə deyil. Mövcud büdcə kəsirinin qərb dövlətlərinin yardım və krediti hesabına bağlanması nəzərdə tutulub. Qərb dövlətləri Rusiyaya qarşı Ukraynanı nə qədər dəstəkləməyə çalışsalar da faktiki olaraq onlar da yorulublar".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, milliyətçi siyasi baxışların xalq arasında yüksəlməsi və sosial narazılıqların artması ölkələri xərcləmələri daha diqqətli aparmağa vadar etməkdədir:

"Həmçinin, ABŞ silahı olmadan bu dəstək o qədər də effektli deyil. ABŞ da öz növbəsində Rusiya-Ukrayna müharibəsinin daha tez durdurulmasının və diqqətin bu ölkə üçün daha çox prioritet olan istiqamətlərə yönəlməsində maraqlıdır. Başqa sözlə müharibənin bu qədər uzun çəkəcəyi heç kim tərəfindən proqnazlaşdırılmırdı və bütün tərəflər fiziki və mənəvi cəhətdən tamamilə yorulub".


Süleyman
Xəbəri paylaş