Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Networkstan alman və Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Networkstan alman və Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib


Networkstan şirkətinin rəhbərliyi Daşkənddə keçirilən AutoMechanika Tashkent və UzEnergy Expo sərgilərində iştirak çərçivəsində alman brendi Volmer şirkətinin direktoru Asif Xasməmmədov ilə görüşüb

Newscenter.az-a şirkətdən daxil olan məlumata görə, görüşdə sərgi və Özbəkistan bazarı haqqında fikir mübadiləsi aparılıb.

UzEnergy Expo sərgisində isə Azərbaycanı təmsil edən Şok Elektro şirkətinin direktoru Songül Tüşün xanımla görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

"Belə görüşlər bizim üçün yalnız tanışlıq deyil, həm də yeni bazarlara çıxış, tərəfdaşlıq və birgə layihələr üçün real imkandır. Azərbaycan şirkətlərinin beynəlxalq sərgilərdə uğurla təmsil olunması bizi qürurlandırır. Əməkdaşlığa açıq olan hər kəsi Networkstan biznes klubuna qoşulmağa dəvət edirik!",- deyə şirkətdən bildirilib.

Süleyman
Xəbəri paylaş