Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ilə ABŞ və Avropa İttifaqı arasında vizasız rejim yaradılır?

Rusiya ilə ABŞ və Avropa İttifaqı arasında vizasız rejim yaradılır?



Rusiya ilə ABŞ və ya Avropa İttifaqı arasında vizasız rejimin yaradılması yaxın gələcəkdə istisna olunur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib. Kosaçev bunu Qərbin yalan informasiya yayımı ilə əlaqələndirdi:

"Dost olmayan ölkələrdə Rusiya haqqında ya pis danışılır, ya da heç danışılmır. Eyni zamanda həqiqəti deyə bilən ruslar nadir hallarda ABŞ və ya Avropa İttifaqına səyahət edirlər. Ölkənin maraqlarını izah etməyə hazır olan rusların kütləvi axını Rusiyanı nüfuzdan salmaq kampaniyasını təşkil edənlərə qarşı işləyəcək".

Qeyd edək ki, 21 oktyabrda Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik Podqoritsanın 1 noyabr 2026-cı il tarixindən etibarən vizasız səyahət müqaviləsinin ləğvi barədə Moskvaya rəsmi olaraq məlumat verdiyini  bildirib. Dəyişikliklər qüvvəyə mindikdən sonra ruslar Monteneqroya milli viza və ya Şengen zonası dövlətləri də daxil olmaqla bir neçə başqa ölkənin vizaları ilə daxil ola biləcəklər.

Anar
Xəbəri paylaş