
"Tarixi zəfərimizdən sonra işğaldan azad olunmuş ərazilərdə geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilir. Bu günlərdə Şəhər Gününü qeyd etdiyimiz Qubadlı da bu prosesdən kənarda qalmayıb. Ötən müddət ərzində Qubadlıda yaşayış massivləri salınıb, təhsil, səhiyyə ocaqları inşa edilib, Qubadlının enerji şəbəkəsi formalaşdırılıb. Bütün bunlar Böyük Qayıdış prosesinin sürətlənməsinə öz müsbət təsirini göstərir".
Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili təəssüf hissi ilə onu da qeyd edib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq-abadlıq işləri bəzi xarici dairələri razı salmır və ölkəmizə qarşı müəyyən hücumlar həyata keçirilir:
"Ona görə də hesab edirəm ki, indi insanlarımız daha ayıq-sayıq olmalıdır. Çünki ölkəmizə qarşı yönəlmiş təhdidləri, təxribat cəhdlərini yalnız birlik və həmrəyliyimizlə aradan qaldıra bilərik".
Süleyman











































