Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni hərbi qanunun qəbulu təklif olunur

Yeni hərbi qanunun qəbulu təklif olunur



"İkinci Qarabağ müharibəsində tarixi zəfərimizdən sonra bir çox reallıqlar yaramıb və biz müəyyən qanunlarımızı həmin reallıqlara uyğunlaşdırmalıyıq. Hesab edirəm ki, hərbi qanun da bu sıradadır. Düşünürəm ki, 44 günlük müharibədən sonra yeni hərbi qanunun qəbulu barədə müəyyən addımlar atmalıyıq".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, əgər NATO standartlarından danışırıqsa, o zaman hərbi sahədə nizamnamə və əsasnamələri də həmin standartlara uyğunlaşdırmalıyıq:

"Eləcə də elm haqqında qanunu. Yarı mexanizmi sovetlərdən qalıb, digər yarısı günümüzə uyğundur. Ona görə də hesab edirəm ki, bu istiqamətdə düşünmək lazımdır".

Süleyman
Xəbəri paylaş