Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda “Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Aidiyyət və Məkan” mövzusunda konfrans keçiriləcək

Bakıda “Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Aidiyyət və Məkan” mövzusunda konfrans keçiriləcək


Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə oktyabrın 28-də Bakıda “Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Aidiyyət və Məkan” adlı konfrans keçiriləcək.

Newscenter.az-a Bakı Yunus Əmrə İnstitutundan bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyində saat 12:00-da başlayacaq tədbirdə prof. Leyla Alpagut məruzə ilə çıxış edəcək.

Konfransda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaranın tarixi və memarlıq inkişafı, şəhərin müasir Türkiyənin milli kimliyinin formalaşmasındakı rolu, aidiyyət hissi ilə məkan arasındakı əlaqələr müzakirə olunacaq.

Tədbir Ankaranın yalnız inzibati mərkəz kimi deyil, həm də Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsini, milli kimliyini və müasir dövlətçilik anlayışını əks etdirən tarixi-mədəni məkan kimi öyrənilməsinə töhfə verməyi hədəfləyir.

Konfransın Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafına, ortaq tarixi və mədəni dəyərlərin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, tədbir oktyabrın 28-də saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

Süleyman
Xəbəri paylaş