
Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin toplantısı keçirilib.
Newscenter.az -a TÜİB-dən bildirilib ki, toplantı çərçivəsində Birliyin cari fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər ətrafında müzakirələr aparılıb. Həmçinin, Türkiyə–Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı, üzvlərlə əlaqələrin gücləndirilməsi və TÜİB-in fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi həyata keçirilib.
Görüşdə qarşıya qoyulan hədəflər və gələcək fəaliyyət planları ətrafında müzakirələr aparılaraq müvafiq məsələlər nəzərdən keçirilib.
Süleyman












































