Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TUİB-ə üzv şirkətlərin təşəbbüslərinin dəstəklənməsi müzakirə edilib

TUİB-ə  üzv şirkətlərin təşəbbüslərinin dəstəklənməsi müzakirə edilib


TÜİB Katibliyi Asrafma şirkətini ziyarət edib.

Newscenter.az-a TUIB-dən daxil olan məlumata görə. şirkətin direktoru Ender Kavuk TÜİB nümayəndə heyətini qəbul edib.

Görüş zamanı TÜİB-in fəaliyyəti, Birliyin üzv şirkətlərlə əməkdaşlıq mexanizmləri, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və üzvlərin TÜİB-dən gözləntiləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin üzv şirkətlərin təşəbbüslərinin dəstəklənməsi, onların maraqlarının təmsil olunması və qarşılıqlı əməkdaşlıq imkanlarının daha da inkişaf etdirilməsi məsələlərinə toxunulub.

"Bu cür görüşlər Birliklə üzvləri arasında səmərəli dialoqun inkişafına, işgüzar əlaqələrin möhkəmlənməsinə və Türkiyə–Azərbaycan biznes əməkdaşlığının daha da genişlənməsinə xidmət edir",-deyə TUİB-dən bildirilib.

Süleyman
Xəbəri paylaş