Görünən odur ki, Ermənistanda kilsənin baş nazir Nikol Paşinyan əleyhinə keçirdiyi etiraz aksiyası nəticə vermir. Bunu şərtləndirən bir sıra amil var ki, onlardan da ən başlıcası hələ Paşinyanın cəmiyyət arasında nüfuzunun üstün olmasıdır. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Ermənistanla Azərbaycan arasında davam edən danışıqlar prosesinə mane olmaq üçün Kilsənin həyata keçirdiyi etirazlar nəticə vermədi. Məhəmməd Əsədullazadə hesab edir ki, kilsənin başladığı etiraz aksiyalarının arxasında Rusiya dayanırdı:
Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesində Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılsaydı, dörd kəndin geri verilməsi baş tutmayacaqdı. Rusiya məhz Ermənistan hakimiyyətinin dörd kəndlə bağlı qərarından narazıdır, amma təsir ricaqları əlindən çıxıb".
Süleyman