Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrov Afrika turuna çıxıb

Lavrov Afrika turuna çıxıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni Afrika turuna çıxıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Lavrov ilk olaraq Qvineya Respublikasına gəlib. Burada rusiyalı nazirin respublikanın siyasi rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Bundan əvvəl isə Lavrov 2013-cü ilin fevralında Qvineyaya işgüzar səfər etmişdi.

Səfər zamanı Rusiya XİN rəhbəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Qvineya səfərindən sonra Lavrovun digər Afrika ölkələrinə səfəri nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, 2001-ci il iyulun 27-də Moskvada Rusiya Federasiyası ilə Qvineya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq prinsipləri haqqında Bəyannamə imzalanıb. 2002-ci ildən İqtisadi, Elmi, Texniki və Ticarət Əməkdaşlıq üzrə Hökumətlərarası Rusiya-Qvineya Komissiyası fəaliyyət göstərir. 2017-ci il sentyabrın 27-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Qvineya Prezidenti Alfa Konde ilə görüşü zamanı parlamentlərarası komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Süleyman
Xəbəri paylaş