Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb hələlik ciddi şəkildə regiona daxil ola bilməyib

Qərb hələlik ciddi şəkildə regiona daxil ola bilməyib


"Hadisələrin ciddi nəticə verə biləcəyi ehtimalı onsuz da zəif idi, hətta yox səviyyəsində idi. Amma Gürcüstan və Ermənistanda hadisələr müxtəlif qütblərə inteqrasiya mahiyyəti daşıyır. Ermənistan Qərbə, Gürcüstan isə Rusiyaya meyl etməyi planlayır. Amma bu proseslərin özü belə nisbi xarakter daşıyır. Məsələ ondadır ki, Gürcüstan hakimiyyəti məlum qərarı qəbul etməklə heç də Qərb və Avrointeqrasiyadan geri çəkildiyini qeyd etmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Gürcüstan və Ermənistanda baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, Gürcüstan hakimiyyətinin məlum istəyi yerində qalır:

"Ermənistanın isə Qərbə inteqrasiya etmək istəyi hadisələr real şəkildə bunu təmin etsə belə mümkün deyil. Odur ki, hadisələrin gedişi hələlik konkret nəticəyə gəlinməsinin tez olduğunu göstərir. Payızda Gürcüstanda seçkilərdən sonra hadisələr daha da dəqiqləşəcək. Qərb hələlik onsuz da regiona ciddi şəkildə daxil ola bilməyib. Bu, Rusiyanın durumunun nə olacağı ilə daha çox əlaqəlidir, nəinki Cənubi Qafqaz ölkələrinin istəyi ilə".

Süleyman
Xəbəri paylaş