Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb regionda istədiklərinə nail ola bilməyib

Qərb regionda istədiklərinə nail ola bilməyib


"Cənubi Qafqazda son dövrlər Qərb və Rusiya arasında geopolitik savaş daha da şiddətlənib və bu əsasən yumşaq güc üzərindən aparılır, siyasi qarşıdurma və mitinqlər davam edir, QHT, Media və Vətəndaş Cəmiyyəti, Qərb ölkələri və ABŞ səfirliyi və təşkilatları xüsusən Gürcüstanda hakimiyyət çevrilişində ittiham olunur. Avropa İttifaqı tərəfindən hökumətə təzyiq müşahidə olunur. Lakin görünən odur ki, bu etiraz aksiyaları və siyasi kataklizmin aktiv fazası indiki mərhələ üçün uzun çəkə bilməz, artıq səngiməyə doğru gedir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov Ermənistan və Gürcüstanda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, hələlik Qərb istədiklərinə nail ola bilməyib:

"Lakin bu ümumilikdə uzumüddətli bir prosesdir, bu proseslərin qısa müddət fasilədən sonra yenidən aktivləşmə ehtimalı var. Xüsusən qarşıdakı illərdə yenidən bu qarşıdurmalar öz pik həddinə çata bilər. Məsələ burasındadır ki, həm Gürcüstan, həm də Ermənistanda çoxlu sayda Qərb beynəlxalq təşkilatları və Fondları var, onların bu ölkələrdə oturuşmuş sistemi, formalaşmış maliyyə qaynaqları, tərəfdaş təşkilatları var və onlar Qərbin belə asanlıqla Cənubi Qafqazdan çıxmasını qəbul etmək istəmirlər. Ona görə bu səngimə müvəqqəti xarakter daşıya bilər".

Politoloqun sözlərinə görə. görünən odur ki, Cənubi Qafqaz hələ bir müddət Qərb və Rusiyanın qarşıdurma meydanı kimi qalacaq və tərəflər asanlıqla bu regiondan çəkilmək fikrində deyil:

"Xüsusən Qərb ölkələri və təşkilatları açıq siyasi ritorika ilə Qərbdən uzaqlaşma olacağı təqdirdə sanksiya ilə hədələyirlər".

Süleyman
Xəbəri paylaş