Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə münasibətlərini pozmağa heç kimin gücü çatmaz

Azərbaycan-Türkiyə münasibətlərini pozmağa heç kimin gücü çatmaz


"SOCAR - a edilən hücum fərqli qüvvələrin Azərbaycanın adını mənfi istiqamətdə çəkilməsi üçün irəli atılmış bir addımdır. Bu təxribatı edən qruplar ifşa edildi, onların əməlləri alınmadı. Onlar Fələstin məsələsində səmimi deyillər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev Türkiyədə SOCAR-ın ofisinə edilən hücum barədə danışarkən səsləndirib. O bildirib ki, SOCAR dünyanın ən böyük humanitar aksiyalar icra edən şirkətlərindən biridir. Azərbaycan dəfələrlə Fələstinə humanitar dəstək göndərib:

"Bölgədə gənclərin təhsili üçün Azərbaycan mühüm rol oynayıb, məktəb tikintisi həyata keçirilib, fələstinli gənclər ölkəmizdə təhsil alırlar. SOCAR Türkiyə də yaydığı bəyanatda İsraillə neft göndərilmədiyini bildirdi. Bu hücumla həm də Azərbaycan - Türkiyə əlaqələrinin pozulması, iki dövlət arasında İsrail - Fələstin məsələsi ilə bağlı fikir ayrılığının olduğunu nümayiş etdirmək istəyirdilər. Lakin bu şəxslər unudurlar ki, Azərbaycan İslam həmrəliyinə tam sadiqdir və Fələstin məsələsi ilə dəfələrlə mövqeyini açıqlayıb. Azərbaycan iki dövlətli həll planı dəstəkləyir və Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyır".

Zeynal Əmrəliyev deyib ki, Azərbaycan - Türkiyə münasibətlərini pozmağa heç kimin gücü çatmaz:

"Çünki ölkələrimiz arasında güclü mənəvi əlaqələr mövcuddur. Bu cür düşmən qüvvələrin bundan sonra etdiyi əməllərdə fiasko ilə nəticələnəcək".

Süleyman
Xəbəri paylaş