Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq cəhdləri alınmayacaq

Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq cəhdləri alınmayacaq


"Zaman-zaman Azərbaycan-Türkiyə dostluq-qardaşlığına zərbə vurmaq, iki ölkə arasında mövcud olan ən yüksək münasibətlərə xələl gətirmək kimi cəhdlər olub. Şükürlər olsun ki, bütün bu təxribatlara Azərbaycan və Türkiyə cəmiyyəti öz layiqli cavabını verib və təxribatçı dairələrin iyrənc planlarının həyata keçməsinə fürsət verməyib".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Türkiyədə "SOCAR"-ın ofisinə edilən hücuma münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, "SOCAR" ofisinə hücumu Fələstin məsələsi ilə əlaqələndirməyə çalışsalar da, əslində məqsəd tamam başqadır:

"Hazırda da Türkiyədə İsrailə məxsus bəzi firma və şirkətlər var. Yaxud İsrailin Türkiyədəki səfirliyinin binasına hücum edilə bilərdi. Ancaq nədənsə hədəf Azərbaycan və Azərbaycana məxsus qurumun ofisi olub. Bu da onu deməyə əsas verir ki, bu Ankara ilə Bakı arasında münasibətlərə zərbə vurmağa hesablanmış bir təxribatdır".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, bundan sonra da iki ölkənin dostluq-qardaşlıq münasibətlərini hədəf alan istənilən təxribat cəhdi öz məqsədinə çatmayacaq.

Süleyman
Xəbəri paylaş