Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub


İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə makroiqtisadiyyat, ticarət və investisiya sahələrində praktika meneceri Antonio Nusifora ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Dünya Bankı ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, Dünya Bankı ilə Azərbaycanda investisiya mühitinin əlverişliliyinin daha da artırılması, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı və başqa istiqamətlər üzrə faydalı işbirliyi ölkəmizin inkişaf hədəflərinə nail olunmasına töhfə verir.

Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəklənir, Azərbaycanın iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafın stimullaşdırılmasında mühüm rol oynayır.

Tərəflər ticarətin şaxələndirilməsi, “yaşıl keçid”, iqlim, COP29 və digər məsələlərlə bağlı əməkdaşlığın inkişafını müzakirə ediblər.

Süleyman
Xəbəri paylaş