Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İzmirdə 57 qeyri-qanuni mühacir xilas edilib

İzmirdə 57 qeyri-qanuni mühacir xilas edilib


İzmirdə 57 qeyri-qanuni mühacir xilas edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, qeyri-qanuni miqrantlara qarşı əməliyyat İzmirin Çeşme, Menderes və Seferihisar rayonları sahillərində aparılıb.

Aparılan əməliyyatlar nəticəsində həmçinin 41 immiqrant saxlanılıb.

Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Seferihisar və Menderes rayonları sahillərində rezin qayıqlarda qeyri-qanuni mühacirlərin olduğu aşkar edildikdən sonra bölgəyə bir qrup göndərilib.

Komandalar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 7-si uşaq olmaqla 57 qeyri-qanuni immiqrantı xilas edib.

Anar Əliyev
Xəbəri paylaş