Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prokurorluq orqanlarında yeni təyinatlar olub

Prokurorluq orqanlarında yeni təyinatlar olub


Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Mehman Mehdiyev
Xəbəri paylaş