Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb



Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü M. Başaratov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Newscenter.az-a bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

M.Başaratovun barəsində müvafiq tədbir görülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş