"SOCAR-ın İstanbuldakı ofisinə edilən hücumun arxasında, bəzi ölkələrə xidmət göstərən Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına zərbə vurmaq istəyən qüvvələrin çirkin planlari dayanır".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, SOCAR-ı hədəf alanlar bunu düşünülmüş şəkildə onu İsrailə kömək edir kimi göstərməklə əslində Azərbaycana qarşı Türkiyədə inanclı insanların nifrətini ölkəmizə yönəltmək məqsədi daşıdığını açıq şəkildə ortaya qoyurlar:
"Türkiyənin hüquq-mühafizə orqanlarının ilkin olaraq araşdırmaları nəticəsində məlum oldu ki, SOKAR -a edilən hücumun arxasında İrana bağlı qüvvələrin Azərbaycanı Türkiyə ictimaiyyəti qarşısında gözdən salmağa edilən cəhdi kimi qiymətləndirilib və inanclı insanları ölkəmizə qarşı qaldırmaq cəhdi və onları hiddətləndirmək, qəzəbləndirmək kimi çirkin planlar hazırlanıb. Sözsüz ki, Türkiyə hüquq mühafizə orqanları tərəfindən çirkin planların qarşısı hər zaman olduğu kimi indi də alınıb və insdentlə bağlı saxlananlar var".
Ekspert deyib ki. araşdırma aparılır, təxribatçılar öz cəzasını alacaq və bundan sonra da belə təxribat xarakterli insidentlərin baş verməsinə imkan verilməməsi üçün hər iki ölkə xüsusi olaraq ayıq-sayıq olmalıdır:
"Çünki, Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi inkişaf etdikcə, möhkəmləndikcə, buna qarşı çıxanlar, o qardaşlığı pozmağa çalışanlar mütləq ki, daima olacaqdır".
Anar Əliyev