"Türkiyədə SOCAR-ın ofisniə edilən hücum məqsədli şəkildə həyata keçirilən təxribat idi. Fələstinə dəstək pərdəsi altında gizlənmiş bu təxribatçıların məqsədi təkcə Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək deyil, həm də İslam coğrafiyasında hər iki dövləti güya İsrailə yardım etməkdə ləkələyərək gözdən salmaq idi. Mən deyərdim ki, bunu son dövrlər İsrailin Fələsində törətdiyi günahsız qətllərin artmasına, beynəlxalq ictimaiyyəti heçə saymasına Türkiyənin çox sərt etirazlarına cavab kimi də qiymətləndirmək olar".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, İsrail-HƏMAS müharibəsi başlayandan üzü bəri İranın təbliğat maşını dayanmadan Azərbaycanı İsraili neftlə təmin etməkdə ittiham edir:
"Ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. İran rejimi bu müharibəni fürsət bilib düşmən xislətini üzə verərək Azərbaycanı İslam dünyasında hədəfə gətirmək, nifrət hissləri yaratmaq fəalyyətindən bir an da olsa geri qalmadı. Ancaq rəsmi Tehran bu məqsədlərinə nail ola bilməyib".
Əli Oruclu deyib ki, Türkiyədə SOCAR-ın ofisinə hücumda məhz İran izinin olmasına şübhə etmir:
"Hücumda iştirak edən 16 şəxs Türkiyə hüquq-mühafizə oraqanları tərəfindən aşkarlanaraq həbs edilib. Araşdırmalar nəticəsində hücumun arxasında duranlar da müəyyən ediləcək. Türkiyə-Azərbaycan qardaşlığını belə uğursuz və bəsit aksiyalarla pozmaq mümkün deyil. Ümimiyyətlə, Bakı ilə Ankaranın arasında hansısa narazılığın, soyuqluğun yarana biləcəyini və buna heç bir gücün nail ola biləcəyini təsəvvür edə bilmirəm. Belə təxribatlar düşünürəm ki, əksinə hər iki ölkə arasında etimadı, dostluğu, inamı və əlaqələri daha da artırır".
Süleyman