Filippində vulkan püskürməsi nəticəsində 800-ə yaxın insan öz evlərindən daha təhlükəsiz yerlərə təxliyə edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Filippinin Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra ərazidən insanların təxliyəsinə başlanılıb.
Filippin prezidenti kiçik Ferdinand Markos bildirib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası və Sosial Rifah və İnkişaf Departamenti vəziyyətə ciddi diqqət yetirir və zərər çəkmiş Neqros adasının sakinlərinə təcili yardım göstərir.
Təxliyə edilən vətəndaşlara 13 min qida paketi yardımı edilib.
Anar Əliyev