"ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh olmasını istədiyini hər zaman qeyd etmişəm. ABŞ Azərbaycanın təhlükəsizliyinə Ermənistanın təhlükəsizliyindən az önəm vermir, hətta bu məsələ ABŞ üçün Cənubi Qafqaz regionunda ən prioritet məsələdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, ABŞ Ermənistana hansısa xırda ambisiyaları üçün dəstək verirsə, Azərbaycana strateji baxımdan yanaşır:
"Konqres və ya lobbilərin fəaliyyəti vasitəsi ilə Azərbaycana edilən təzyiqləri Azərbaycanı zəiflətmək və ya təzyiq altında saxlamaq vasitəsi yox, daha çox Ermənistanı ayaq üstə saxlamaq məqsədi daşıyır. Bunların arasında kiçik qrupların fərdi ambisiyaları ola bilər, amma bunların Azərbaycan üçün heç bir qorxusu olmayıb, ola da bilməz".
Azər Qasımov hesab edir ki, ABŞ Prezidenti Co Baydenin məktubundakı sülh müqaviləsi ilə əlaqəli fikri həqiqəti əks etdirir:
"Hesab edirəm ki, Azərbaycan və ABŞ arasındakı münasibətlər görünüşdə olduğundan daha dərin və hərtərəflidir. Ara-sıra olan gərginliklər isə situativ və hesablanmış addımlardır".
Süleyman