Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüş keçirilib

ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüş keçirilib


İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadi məsələlərə həsr edilmiş görüşlər və işgüzar tədbirlər iqtisadi-ticarət əməkdaşlığını stimullaşdırır. Azərbaycanda reallaşdırılan iqtisadi tədbirlər, yaradılmış əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizin iqtisadi imkanları, eləcə də COP29 çərçivəsində görülən işlər barədə məlumat verilib.

Tərəflər Azərbaycanın energetika, o cümlədən, “yaşıl enerji” sektorunun inkişafı, bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Süleyman
Xəbəri paylaş