"Rəsmi Bakı heç vaxt İsrail-Fələstin münaqişəsi kontekstində birincinin lehinə mövqe sərgiləməyib. Ölkəmiz hər zaman münaqişənin diplomatik yolla, beynəlxalq hüquq çərçivəsində həllinin tərafdarı olub".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Pərviz Mirizadə səsləndirib. O bildirib ki, rəsmi Bakı heç vaxt Fələstin xalqının haqlı tələblərini görməzdən gəlməyib:
"Təl-Əvivdə səfirlik açdığımız kimi, Fələstində, Ramallah şəhərində təmsilçilik ofisini istifadəyə vermişik. Bu fakt Azərbaycanın situasiya ilə bağlı həssaslığının göstəricisidir".
Pərviz Mirizadə bildirib ki, Azərbaycanın İsraillə strateji tərəfdaşlıq ələqələri mövcuddur və hər iki tərəf münasibətlərin inkişaf tendensiyasından razıdır.
Anar Əliyev