Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baydenin İlham Əliyevə göndərdiyi məktub Bakı-Vaşinqton əlaqələrinin perspektivi baxımından diqqətəlayiqdir

Baydenin İlham Əliyevə göndərdiyi məktub Bakı-Vaşinqton əlaqələrinin perspektivi baxımından diqqətəlayiqdir


"Cənubi Qafqaz regionunun ABŞ üçün prioritet regionlardan biri olduğu məlumdur. Bunun da bir neçə səbəbi var. Əvvəla regionun yerləşdiyi coğrafi mövqe, Şərqlə Qərb arasında körpü rolu oynama potensialı, İranla həmsərhəd bölgə olması və nəhayət Cənubi Qafqazın Orta Asiyaya açılan qapı olmasından ibarətdir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubu şərh edərkən səsləndirib. O bildirib ki, təkcə Cənubi Qafqazda deyil, eləcə də Orta Asiyada möhkəmlənmək istəyən ABŞ üçün regionumuz xüsusi əhəmiyyət daşıyır:

"Bunun üçün isə həm Cənubi Qafqaza, həm də Orta Asiya regionuna kifayət qədər təsir imkanları olan Rusiyanın sıxşıdırılıb çıxarılması lazımdır. ABŞ nəhayət ki, bölgədə sülh olmadan Rusiyanın regiondan çıxarılmasının mümkün olmayacağını dərk edib. Odur ki, indi bütün mümkün vasitələrlə tez bir zamanda sülhün əldə olunmasına çalışır. ABŞ rəsmilərinin region ölkələrinə artan səfərləri və eləcə də ölkə rəsmilərinin ABŞ-da görüşlərə dəvət olunması da məhz bunun göstəricisidir".

Politoloq hesab edir ki, bu baxımdan ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub Bakı-Vaşinqton əlaqələrinin perspektivi baxımından diqqətəlayiqdir:

"ABŞ Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyətinin strateji perspektiv baxımından Vaşinqtonun maraqlarına cavab verdiyindən məmnun olduğu kimi biz də ABŞ-ın sülh üçün dəstək istəyindən razıyıq. Əsas odur ki, bu istək səmimi olsun.

ABŞ həqiqətən də Azərbaycanla enerji və təhlükəsizlik sahəsindəki prioritetləri iki dövlətin potensiallarını gücləndirəcək sahə kimi qiymətləndirərək addımlar atacaqsa o zaman Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılacaq addımlar da qətiləşəcək. Çünki ABŞ-ın Ermənistan hakimiyyətinə təsir imkanları kifayət qədər yüksəkdir".

Süleyman
Xəbəri paylaş