Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir qədər də artıracaq

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir qədər də artıracaq


"Bakıda enrji həftəsi çərçivəsində keçirilən tədbirə 37 ölkədən 300-dən çox nümayəndə heyətinin qatılması, Azərbaycanın ev sahibliyi etdiyi tədbirin miqyasının bariz göstəricisidi. Azərbaycanda keçirilən bu tədbir çərçivəsində dünyada yaşıl enerji istehsalının üstün artımının təmin edilməsi kimi mühüm bir məsələnin ətrafında müzakirələr aparılacaqdır".

Newscenter.az xəbər verir ki, bunu deyən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, bu gün dünya qlobal istiləşmənin fəsadlarının törətməyə basşladığı böyük bir fəlakətlə üz-üzədir:

"Bəşəriyyəti bu qədər ciddi narahat edən bir məsələnin həllində müstəsna rol oynaya biləcək yaşıl enerji istehsalının artımının təmin edilməsinə dair məsələlərin Bakı enerji həftəsi çərçivəsində müzakirə olunması nə deməkdir? Bakıda keçirilən bu tədbirə Amerika Birləşmiş Ştatlarının prezidenti J.Baydenin göndərdiyi təbrik məktubunda bu sualın cavabı aydın şəkildə verilib və Azərbaycanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətə layiq görülüb.

Bu ilin noyabr ayında Bakı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi edəcəkdir. Miqyasına görə BMT Baş Assambleyasının toplantısından sonra ikinci sırada dayanan və dünyanı narahat edən bir saylı məsələnin müzakirəsinə həsr ediləcək bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir qədər də artıracaq".

Fikrət Yusifov deyib ki, Azərbaycan bu gün alternativ enerji mənbələri hesabına özünün enerjiyə olan tələbatının 21%-ni ödəyir:

"Bu rəqəmin 2030-cu ildə 30%-ə yüksəldilməsi proqnozlaşdırılır.

Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. İşqaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azərbaycan yaxın illərdə Avropanın yaşıl enerji təchizatçılarından birinə çevriləcəkdir. Bu istiqamətdə artıq konkret addımlar atılır".

Süleyman
Xəbəri paylaş