Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada 230-dan çox sənətçi Fələstin dövlətinin tanınması çağırışı edib

Fransada 230-dan çox sənətçi Fələstin dövlətinin tanınması çağırışı edib


Fransada 230-dan çox sənətçi və ictimai xadim Fələstin dövlətini tanımaq çağırışı edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə müraciət Fransanın "Liberation" qəzetində dərc olunub.

Müraciət müəllifləri sırasında ünlü müğənni Angele, model və aktrisa Lea Seydoux və video məzmun prodüsser Mister Ven de var. Onlar Fransa prezidenti Makrondan Fələstin dövlətini rəsmən tanımasını tələb ediblər.

Məktubda İspaniya, İrlandiya və Norveçin Fələstin dövlətini rəsmən tanıdığı xatırladılıb və “insan haqları və maarifçilik ölkəsi” olduğunu iddia edən Fransanın hələ də hərəkətə keçmədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini tanımaq qərarına gəliblər.

Anar Əliyev
Xəbəri paylaş