"Tarixi qardaşlıq bağları, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və Türkiyə əlaqələri hər zaman olduğu kimi bu gün də inkişaf edən xəttlə möhkəmlənməkdədir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkə liderinin məqsədyönlü siyasətinin məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, rəsmi Bakı və Ankara arasında mövcud münasibətlər konsepsiyası, regional əməkdaşlıq və qarşılıqlı əlaqələrin müsbət dinamikası həm də regionun tərəqqisinə, regional sabitliyin bərqərar olmasına mühüm töhvələr verir:
"Sözsüz ki, qazanılmış siyasi, iqtisadi, hərbi nailiyyətlər gərgin əməyin və geosiyasi mübarizənin təzahürüdür. Xalqlarımız, tarixi zənginlikləri ilə göz oxşayan qardaşlıq bağlarının gücünü İkinci Qarabağ müharibəsi, Türkiyədə müxtəlif vaxtlarda baş verən zəlzələlər və təbii fəlakətlər zamanı bir daha hiss etdi və bir yumruq kimi birləşməyi bacardı. Sözsüz ki, Bakı və Ankaranın Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Türkistana istiqamətlənmiş siyasi münasibətlər perspektivləri bir çox gücləri narahat edir və onlar bu birliyi pozmaq üçün müxtəlif yollara əl atırlar. Misal olaraq İsrail Fələstin münaqişəsini əsas gətirərək son günlər "SOCAR"- ın İstanbul ofisi qarşısında yaşanan hadisələr buna nümunədir. SOCAR - ın İsrailə neft ixracı məsələsi hesab edirəm ki, aydın təsəvvür olmadan kütləni qızışdırmaq üçün hesablanmış bir gedişdir. Aydındır ki, bu hadisənin ardında İsrail-Azərbaycan münasibətlərini bəhanə gətirən qüvvələr dayanır".
AVP rəsmisi deyib ki, Azərbaycan istehsal etdiyi xam nefti dünya bazarına çıxarır və burada trader şirkətlər məhsulları almaqla satış prosesini həyata keçirir:
"Bundan sonra icra olunan əməliyyatlar isə istehsalçı tərəfin nəzarətindən kənar baş verir. Bu isə özlüyündə irəli sürülən ittihamları əsassız edir".
Süleyman