Türkiyə ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması nəzərdə tutulur.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edib. Yaxın bir neçə ildə isə Ankara və Daşkənd ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib.
Qeyd edək ki, Türkiyə 2023-cü ilin sonuna Özbəkistanın 4-cü ən böyük ticarət tərəfdaşıdır.
2017-2023-cü illərdə beynəlxalq xarici ticarətlə məşğul olan şirkətlərin sayı 144 faiz artıb.
Natiq Orucov