Türkiyədə temperatur iyun ayı üçün ən yüksək göstəriciyə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iyun ayı üçün rekord göstərici Adanada qeydə alınıb. Burada havanın temperaturu 43 dərəcə olub.
Yüksək temperatur gündəlik həyata təsirsiz ötüşməyib. Termometrlərin 43 dərəcəni göstərdiyi şəhər mərkəzində vətəndaşların tez-tez üstünlük verdiyi küçələr isti hava səbəbindən boş qalıb.
Çölə çıxanlar günəşdən qorunmaq üçün kölgəli ərazilərə və ağacların altına üstünlük veriblər.
Nərgiz Əzizova