Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TÜRKPA Gənc Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib

TÜRKPA Gənc Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib


İyunun 5-də Milli Məclisdə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda 3-cü toplantısı keçirilib.

Newscenter.az xəbər verir ki, iclasa qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan sədrlik edib. Çıxışında o, TÜRKPA Gənc Parlamentarilər Qrupunun 3-cü İclasına evsahibliyi etdiyinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikası Milli Məclisinə təşəkkür edib.

Emre Çalışkan toplantının TÜRKPA ölkələri gənclərinin qarşılaşdığı fiziki və psixi sağlamlıq problemlərinin həllinə öz töhfəsini verəcəyinə inamını bildirib, gənclərin sağlamlığını qorumaq, möhkəmləndirmək istiqamətində TÜRKPA ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Əliabbas Salahzadə və Anar Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kubanıçbek Samakov, Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Fide Kürşat iclasın mövzusu ilə bağlı çıxış ediblər. Çıxışçılar ölkələrində gənclərin qarşılaşdıqları fiziki və psixi sağlamlıq problemlərindən, onların yaranması səbəblərindən söz açıblar, bu məsələlərin həlli istiqamətində ölkələrində həyata keçirilən dövlət siyasəti, yaradılan qanunvericilik bazası və atılan digər addımlar barədə məlumat veriblər, gəncliyin sağlam ruhda böyüdülməsi, zərərli vərdişlərdən qorunması ilə bağlı fikirlərini bölüşüblər.

Sonra iclasda gündəliyin məsələləri müzakirə edilib, “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda hesabat məruzəsi, mövzuya dair tövsiyə qərarı qəbul olunub, qrupun növbəti iclasının mövzusu, keçirilmə tarixi və yeri müəyyənləşdirilib.

Süleyman
Xəbəri paylaş