
"Beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsində böyük təcrübəyə malik Azərbaycan bu ilki tədbirin imkanlarından yararlanaraq əlverişli platforma əldə edir. Çünki bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi və istehsalı, enerji nəqliyyatı, eləcə də digər əhəmiyyətli məsələləri müzakirə etmək, enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rola malikdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Mətanət Qəribova Xəzər Neft-Qaz Sərgisi barədə danışarkən səsləndirib. O deyib ki, buradakı sərgi çərçivəsində neft və qaz yataqlarının hasilatı, emalı, telekommunikasiya və İT, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, enerji sənayesində süni intellektin tətbiqi və digər bu kimi mövzuların müzakirəsi, buradan alınan ortaq nəticələr bütün dünya ölkələrini maraqlandıran məsələlərdir:
"Təsadüfi deyil ki, tədbirin əhəmiyyəti açılış mərasimində ABŞ prezidentinin oxunan məktubunun mətnindən də aydın sezilirdi".
Anar Əliyev











































