Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda güclü partlayış

Ermənistanda güclü partlayış


Ermənistanda güclü partlayış baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə İrəvan-Sevan yolunun Abovyan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, sözügedən yolda yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış baş verib. Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

“911 xidmətinə İrəvan-Sevan yolunun ikinci kilometrində yerləşən yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verməsi ilə bağlı çoxsaylı zənglər daxil olub. Daxili İşlər Nazirliyi hadisə yerinə gedib”, - deyə bildirilib.

Anar Əliyev
Xəbəri paylaş