Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əminə Ərdoğan Anar Ələkbərovla görüşüb

Əminə Ərdoğan Anar Ələkbərovla görüşüb


Türkiyənin Birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Vahdettin Köşkündə baş tutan görüşdə Anar Ələkbərov bu il Bakıda keçiriləcək COP29 konfransı haqqında məlumat verdiyi bildirilib.

Görüşdə həmçinin, birinci xanım Ərdoğanın Türkiyədə BMT ilə apardığı ekoloji işlər və Heydər Əliyev Fondu arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Anar Ələkbərov noyabrın 11-12-də keçiriləcək Liderlər Zirvəsi zamanı Türkiyə ilə birgə tədbirlər keçirmək istəyindən danışıb.

Birinci xanım Ərdoğan görüşdən sonra sosial media hesabında etdiyi paylaşımda bu sözləri qeyd edib:

"Biz İstanbulda Azərbaycanın vitse-prezidenti, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşdük. Mən Heydər Əliyev Fondunun işi və keçiriləcək İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransına hazırlıqla bağlı məlumat aldım. Bakıda keçiriləcək sammit üçün bütün dünya liderləri ilə görüşdük".

Birinci xanım Ərdoğan yazısına belə davam edib: “Türkiyə olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanındayıq”.

Süleyman
Xəbəri paylaş