"Ermənistan XİN-i bu ayın sonunadək İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə verdiyi bəyanatı poztiv saymaq olar və bu regionda davamlı təhlükəsizlik üçün geniş imkanlar yaradardı. Ancaq nazirliyin də bəyanatında qeyri-dəqiqlik aydın görünür. Əgər İrəvan doğru-düzgün xətt yürütsə, hər şey mümkündür. Ancaq həm Ermənistandakı ictimai-siyasi vəziyyət, həm də Paşinyan hakimiyyətinin sülh barədə aydın təsəvvürlərinin olmaması bunu mümkünsüz edir".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, regiona Ermənistan üzərindən təsirləri olan kənar güclər bü sülhə qarşı dirəniş göstərməkdədir:
"Paris və Moskva Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normal məcraya düşməsinə qarşılıqlı olaraq diplomatik əlaqələrin qurulmasına qarşıdır və rəsmi İrəvanı təzyiq altında saxlayırlar. Belə vəziyyət isə İstər baş Nazir Paşinyanın, istərsə də Xarici İşləri Nazirliyinin cəmiyyətə açıqlamaları qulağa xoş gələn bəyanatlardan hələ ki, uzağa gedə bilmir. Onu da nəzərə almaq lazımdır ki, tərəflər sülhə yaxın olduqlarını bildirsələr də, ancaq ziddiyyətli detalların həlli barədə mübahisələr qalır. Anklavlar və esklavlar barədə suallar qalır. Yaxud Ermənistan Ali Sovetinin keçmiş Qarabağı özünə birləşdirilməsi barədə qərarı və Konstitusiyasında qonşu Türkiyəyə qarşı ərazi iddiaları, eləcə də Qərbi Azərbaycanlıların öz yurd yuvalarına ləyaqətli və təhlükəsiz qayıtmaları kimi vacib məsələlər həll olunmamış qalır. Məncə bütün bunların hamısı sülh müqaviləsində öz əksini tapmasa, Ermənistan Azərbaycan arasında normallaşma yarımçıq qalar. Bu problemlərin də çözümünü sonrakı proseslərə saxlamaq doğru olmazdı".
Süleyman