Qazaxıstanda məhkəmə sədri həbs edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Aktau Şəhər Məhkəməsinin sədri Baurjan Şaydullin həbsi xəbərini Ali Məhkəmənin mətbuat xidməti də təsdiqləyib.
Məlum olub ki, saxlanılma əməliyyatı Ali Məhkəmənin Daxili Təhlükəsizlik Departamenti və Antikor tərəfindən təşkil olunub.
Baurjan Şaydullin qanunsuz olaraq 18 milyon tenge məbləğində pul mükafatı alarkən tutulub.
Qeyd edək ki, o, 2020-ci ilin yanvarında Aktau Şəhər Məhkəməsinin rəhbəri təyin edilib.
Fuad Hüseynzadə