Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Rusiya qaz tranziti haqqında saziş imzalayıblar

Qazaxıstan və Rusiya qaz tranziti haqqında saziş imzalayıblar


Qazaxıstan və Rusiya qaz tranziti haqqında saziş imzalayıblar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, saziş Rusiya qazının Qazaxıstan ərazisindən nəqlini nəzərdə tutur.

Müqavilənin imzalanması Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub

Belə ki, QazaqQaz milli şirkətinin rəhbəri Sanjar Jarkeşov və “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistan və Qırğızıstan istiqamətində nəqlinə dair uzunmüddətli müqavilələr imzalayıblar.

Müqavilələr 2025-2040-cı illər üçün nəzərdə tutulub.

Sənədlərdə “Mərkəzi Asiya-Mərkəzi” magistral qaz kəmərləri sistemi əsasında xüsusi ayrılmış marşrut xəttinin genişləndirilməsi, o cümlədən qaz nəqli imkanlarının inkişafı üzrə digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Natiq Orucov
Xəbəri paylaş