Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh sazişinin imzalanmasını gözləməyə nə ehtiyac var?

Sülh sazişinin imzalanmasını gözləməyə nə ehtiyac var?


Prezident İlham Əliyevin TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin” çağırışına bir gün sonra Ermənistan parlamentinin sədri Alen Simonyandan cavab gəldi.

Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın faktiki sözçüsü rolunda çıxış edən Alen Simonyan deyib ki, “ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.

"Sülh sazişinin imzalanmasını gözləməyə nə ehtiyac var? Ermənistan Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bir ay ərzində Azərbaycanla sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib. Bunu sürətləndirməyin yolu Ermənistan Konstitusiyasında zəruri dəyişiklik etmək və Minsk Qrupundan imtinanı bəyan etməkdir. Yeni Konstitusiyanın qəbulu zaman alacaq, Ermənistan hökuməti bu zamanı gözləmədən ən azı ərazi iddialarını əks etdirən bəndlərin çıxarılmasıyla bağlı referenduma qərar verə bilər. Minsk Qrupundan imtinanı isə sadə bəyanatla həll etmək mümkündür".

Anar Əliyev
Xəbəri paylaş