"Tərəflər aralarında olan əksər problemləri demək olar ki, həll edib. Ona görə də əminliklə demək olar ki, sülh müqaviləsi üçün əlverişli zəmin yaranıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev Ermənistan Xarici İşlər Nazirliyinin bu ayın sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkünlüyü barədə açıqlamasını şərh edərkən səsləndirib. O bildirib ki, indi top Ermənistan tərəfindədir:
"Azərbaycan hər zaman sülh və təhlükəsizliyin. regionda sabitliyin təmin olunmasından yana olub. Hazırda da rəsmi Bakı eyni mövqedədir. Ona görə sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfində heç bir problem yoxdur".
Elvin Babayev onu da deyib ki, Ermənistan öz konstitusiyasında dəyişiklik etməyi də reallaşdırmalıdır:
"Dövlət başçısının da qeyd etdiyi kimi Ermənistan konstitusiyasını dəyişmədən süıh müqaviləsinin imzalanması mənasızdır".
Anar Əliyev