Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Misir əlaqələri tarixi köklərə bağlıdır

Azərbaycan-Misir əlaqələri tarixi köklərə bağlıdır


"Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini də müsəlman ölkələri, ərəb dünyası ilə əməkdaşlığın inkişaf etdirilməsi tutur. Hələ ümummilli lider Heydər Əliyevin zamanından həyata keçirilən bu siyasət günümüzdə də uğurla davam edir və Azərbaycanın müsəlman aləmi, ərəb dünyası ilə əlaqələri hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Onu da qeyd edim ki, ərəb dünyasında Misirlə Azərbaycan arasında əlaqələrin xüsusi yeri və çəkisi var".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycan-Misir əlaqələri tarixi köklərə bağlıdır:

"Hələ keçmiş SSRİ zamanında Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri var idi. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Onu da qeyd etmək yerinə düşər ki, ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında yüksək səviyyədə dostluq münasibətləri var idi və həmin münasibətlər Bakı ilə Qahirə arasında əməkdaşlığın daha da dərinləşdirilmsi, daha da inkişafına zəmin yaradırdı. Bu gün həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Arzuman Muradlı deyib ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir:

"İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır".

Süleyman
Xəbəri paylaş