Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran güvənilir dövlət deyil

İran güvənilir dövlət deyil


"İran növbəti dəfə "Zəngəzur dəhlizi"nə qarşı olduğunu rəsmi şəkildə bəyan edib. Xarici işlər naziri funksiyasını icra edən Əli Baqeri Kani CNN Türkə müsahibəsində bildirib ki, Tehran Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını alqışlayır. Lakin regionda sərhədləri və demoqrafiyanı dəyişə biləcək istənilən təşəbbüsə qarşıdır".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Cənubi Qafqaz yeni tranzit layihələri ilə fərqli siyasi mənzərənin ortaya çıxma mərhələsindədir:

"Biz "Zəngəzur dəhlizi" və digər layihələr haqqına danışırıq, lakin İran da sakit dayanmır. Hindistanla İran bu sahədə birgə işləyirlər və Ermənistanı da prosesə cəlb etmək niyyətindədirlər.

İran rəsmiləri yaxşı bilirlər ki, Ermənistandan keçib Gürcüstan üzərindən Qara dənizə çıxış imkanı qazanmaq onlar üçün asand proses deyil. İstər siyasi, istər maliyyə, istərsə də coğrafi amillər İranın xəyal məhsulu olan projesini əhəmiyyətsiz edir.
Lakin, Azərbaycanın güclənməsini İranın milli maraqlarına təhdid kimi qiymətləndirən Tehran rəsmiləri ənənəvi siyasi ritorikada mövqe sərgiləməyə davam edir. Zəngəzur koridorunun üç müstəvidə "lokal, regional, interkontinental" əhəmiyyətini dərk etdikdə bölgəmiz üçün necə əlverişli mühütün yarandığı aydın görünür. Layihənin gələcək perspektivləri regionun inkişafında yeni çağın başlanğıcı ola bilər və İran da bu yol vasitəsilə iqtisadiyyatını, xüsusilə zəif inkişaf etmiş Cənubi Azərbaycan şəhərlərini dirçəldə bilər".

AVP rəsmisi daha sonra bunları qeyd edib:

"Ancaq aydındır ki, bu onların maraqları çərçivəsində deyil. Onlara lazım olan inkişafsız mühüttə dini ideologiya üzərindən hakimiyyətlərini davam etdirməkdir.
İran güvənilir dövlət deyil və bu yanaşma fikirlərimizi bir daha təsdiq etdi. Xüsusilə, son dövrlər bu ölkənin qonşularına qarşı yönəltdiyi xarici siyasət strategiyası rəsmi Tehranı yetərincə etibarsızlaşdırıb".

Süleyman
Xəbəri paylaş